Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının şöbə rəisi Belçikaya səfər edib
04.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının şöbə rəisi Belçikaya səfər edib

Noyabrın 3-də AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov Belçikanın paytaxtı Brüssel şəhərinə ezam olunub. Səfərdə məqsəd Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə Alt-komitənin ikincisi iclasında iştirak etməkdir.

 

 Səfər zamanı Avropa İttifaqının elm və innovasiyaya dair “Horizon-2020” 8-ci Çərçivə Proqramının müzakirəsi də nəzərdə tutulur. Proqram Avropa Birliyi ölkələri və Azərbaycan Respublikasının da daxil olduğu Şərq tərəfdaşlığı ölkələri ilə elmin inkişafı, yüksək texnoloji sənayenin yaradılması və cəmiyyətin inkişafı sahələrində əməkdaşlıq məqsədi daşıyır.

 

Üç gün davam edəcək səfər çərçivəsində elmi-tədqiqat və innovasiya sahəsində AMEA-nın bir sıra təklifləri də müzakirə olunacaqdır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: