www.science.az
12.09.2019 09:16

Cənub zonasının demoqrafiya məsələlərinə dair yeni kitab çapdan çıxıb

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu tərəfindən “Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda demoqrafik inkişaf problemləri və əhalinin məskunlaşması” adlı kitab nəşr olunub.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində ikinci nəşr olan və 4 fəsildən ibarət monoqrafiyada Azərbaycanın cənub regionunda əhali məskunlaşmasının müasir vəziyyəti, onun dinamikasına təsir göstərən təbii-coğrafi və sosial-iqtisadi amillər təhlil olunur. 

Nəşrin baş redaktoru akademik Ramiz Məmmədov, elmi redaktoru coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənovdur.

Monoqrafiya əhali coğrafiyası, demoqrafiya, iqtisadi coğrafiya ilə məşğul olan elmi işçilər, ali məktəb tələbələri, regional planlama ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.