Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanda yeni seysmik stansiyalar quraşdırılacaq
19.12.2019 12:37
  • A-
  • A
  • A+

Azərbaycanda yeni seysmik stansiyalar quraşdırılacaq

Respublika ərazisində aparılan seysmoloji tədqiqatların keyfiyyətini artırmaq məqsədilə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən daha 22 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulub. “Qafqazda seysmik şəbəkənin genişləndirilməsi” layihəsi çərçivəsində quraşdırılacaq stansiyalardan 14-ü Xəzər dənizinin Azərbaycan sektoru boyunca sahilyanı quru ərazilərdə, 6-sı isə palçıq vulkanları ətrafında olacaq. 

Qeyd edək ki, hazırda ölkə ərazisində RSXM-nin 35 daimi seysmik stansiyası var. Bundan əlavə, “Qafqaz kəsilişi” layihəsi üzrə 17, eləcə də qruntun titrəyişini qeydə alan 10 stasionar Basalt seysmik stansiyaları işləyir.  RSXM-da aparılan tədqiqatlar zamanı məlumat mübadiləsi əsasında sərhəd bölgəsində yerləşən Gürcüstanın Seysmoloji Xidmət Mərkəzinin 3, Türkiyənin isə 2 seysmik stansiyasının məlumatlarından da istifadə edilir. 

Yeni stansiyaların quraşdırılmasından sonra respublika ərazisində ümumilikdə 84 seysmik stansiya fəaliyyət göstərəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: