Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qazaxıstanlı doktorantlar Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübə keçirlər
04.03.2020 10:02
  • A-
  • A
  • A+

Qazaxıstanlı doktorantlar Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübə keçirlər

Qazaxıstanın Qorqud Ata adına Qızılorda Dövlət Universitetinin doktorantları AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda (TAİ) elmi-təcrübə keçirlər.

Qonaqlarla görüşən müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev onlar üçün TAİ-də hər cür şəraitin yaradıldığını bildirib.

Daha sonra gənclər qurumun Torpaqların meliorasiyası laboratoriyası və kitabxanası ilə tanış olublar.

Qeyd edək ki, doktorantlar müəssisədə martın 14-dək “Meliorasiya, torpaqların mühafizəsi və rekultivasiyası” ixtisası üzrə elmi-təcrübə keçəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: