www.science.az
19.03.2020 10:24

Gəncə Bölməsində koronavirus təhlükəsinə qarşı profilaktik tədbirlər görülüb

Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən AMEA-nın Gəncə Bölməsinin binasında koronavirus təhlükəsinə qarşı dezinfeksiya işləri həyata keçirilib.

Bundan əlavə, bölmənin əməkdaşları arasında maarifləndirici söhbətlər aparılıb, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin, AMEA rəhbərliyinin tapşırıq və göstərişləri diqqətə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.