Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.04.2024 16:20
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunda Cənubi Qazaxıstan Dövlət Universitetinin doktrantları təcrübə keçiblər

Neft və Qaz İnstitutunda Cənubi Qazaxıstan Dövlət Universitetinin doktrantları təcrübə keçiblər

M.Auezov adına Cənubi Qazaxıstan Dövlət Universitetinin “Neft – qaz mühəndisliyi” fakültəsinin doktorantlarının bir qismi Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunda, o cümlədən onlardan 4 nəfəri şöbə müdiri AMEA-nın müxbir üzvü Qalib Əfəndiyevin rəhbərliyi ilə Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsində 1 ay müddətində təcrübə keçiblər.

Təcrübə müddətində qazılan quyu prosesinə baxılıb Neft və qaz çıxarma idarəsinə gedilib, Dünya neft təsərrüfatı tarixinin başlanğıcını təşkil edən Bibiheybətdə qazılmış quyunun tarixi haqqında məlumat verilib, Yanardağ ziyarət edilib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bir neçə mühazirədə iştirak edilib və laboratoriyaya baxış keçirilib. Geologiya və Geofizika İnstitutunda Analtik mərkəz və kimya laboratoriyasında görüş təşkil olunub.

Təcrübənin sonunda doktorantlar fəal iştirakına görə və təcrübə müddətini müvəffəqiyyətlə bitirdikləri üçün sertifikatla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: