AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən Neft-Kimya Prosesləri İnstitutunun magistraturasında dərslərin distant yolla keçirilməsinə başlanılıb.
Bu məqsədlə institutun magistraturasında tədris prosesinə cəlb olunmuş professor-müəllim heyəti - professor Hikmət İbrahimov, dosentlər Elmar Abdullayev, Almaz Tağıyeva, Gülbəniz Muxtarova, Məhyəddin İskəndərov tərəfindən "Neft kimyası", "Nanomateriallar kimyası" və "Ətraf mühit kimyası" ixtisaslarında təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan fənlər üzrə dərslər keçirilir.
Dərslər elektron telekоmmunikasiya vasitələrindən istifadə etməklə onlayn rejimdə tədris olunur. Dərslərin keçirilməsinə nəzarət məqsədilə institutun Təhsil şöbəsi onlayn rejimdə birbaşa müəllim heyəti və magistrantlarla müntəzəm əlaqə saxlayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.