Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Karantin rejimində insanlarda immunitetin gücləndirilməsinə dair məqalə beynəlxalq jurnalda işıq üzü görüb
13.08.2020 14:16
  • A-
  • A
  • A+

Karantin rejimində insanlarda immunitetin gücləndirilməsinə dair məqalə beynəlxalq jurnalda işıq üzü görüb

AMEA-nın Dendrologiya İnstitutunun Efir yağlı bitkilər laboratoriyasının elmi işçisi Vüsalə Bədəlovanın "Karantin rejimində insanlarda emosional gərginliyin artmasına Passiflora İncarnata L. növün sedativ təsiri" mövzusundakı məqaləsi IV Beynəlxalq Asiya Müasir Elm Konqresinin jurnlında  dərc olunub.

Məqalədə COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimində insanlarda emosional gərginliyin artmasına Passiflora İncarnata L. növün sedativ təsiri, immunitetin gücləndirilməsi, immun sisteminə müsbət təsir edən və emosional gərginliyi aradan qaldıran xüsusiyyətləri yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: