Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türk folklorşünaslığı tarixində İqnats Kunoş adı” kitabı nəşr olunub
24.04.2024 14:38
  • A-
  • A
  • A+

“Türk folklorşünaslığı tarixində İqnats Kunoş adı” kitabı nəşr olunub

AMEA-nın Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Qumru Şəhriyarın “Türk folklorşünaslığı tarixində İqnats Kunoş adı” kitabı çapdan çıxıb.

Kitabda bütün ömrünü türk folklorunun toplanmasına, unudulmuş şivə və dialektlərinin öyrənilməsinə həsr etmiş macar türkoloqu İqnats Kunoşun həyat və yaradıcılığı, eləcə də alimin tədqiqat əsərləri və topladığı folklor örnəkləri yer alıb. Qeyd edək ki, istər müharibələr ucbatından, istərsə də təbii fəlakətlərdən dolayı xəritədən silinmiş bəzi bölgələrin adət-ənənələri, toponimləri, xalq yaradıcılığı nümunələri məhz İ.Kunoşun əvəzsiz xidmətləri sayəsində bu günə qədər gəlib çatmışdır.

220 səhifəlik kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: