Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Muzeydə general Əliağa Şıxlinskinin şəxsi əşyaları qorunur
23.04.2021 14:00
  • A-
  • A
  • A+

Muzeydə general Əliağa Şıxlinskinin şəxsi əşyaları qorunur

Bu gün artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə “Artilleriyanın Allahı” ləqəbi verilən Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, general-leytenant Əliağa Şıxlinskinin doğum günüdür.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində general Əliağa Şıxlinskinin şəxsi əşyaları qorunur. Əliağa Şıxlinskiyə məxsus portret, fotolar, sənədlər, yəhərüstü, şamdan, külqabı, qayçı, bıçaq, kəmər, şinel, uzunboğaz çəkmə, əsa, yazı ləvazimatı və s. əşyaları tədqiqat üçün əhəmiyyətli sayılır.

Qeyd edək ki, generala məxsus şəxsi materiallar muzeyin Hədiyyələr və xatirə əşyaları və Sənədli mənbələr fondlarında qorunur, ekspozisiyada nümayiş olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: