Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin Əməkdar incəsənət xadimi Əli Tudəyə həsr olunan iki buraxılışı yayımlanıb
17.04.2024 17:05
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin Əməkdar incəsənət xadimi Əli Tudəyə həsr olunan iki buraxılışı yayımlanıb

Mədəniyyət kanalında “Vətənim” verilişinin görkəmli şair-publisist, Əməkdar incəsənət xadimi Əli Tudəyə həsr olunan iki buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedən verilişlərdə bu il 100 illiyi qeyd olunan Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əli Tudənin zəngin yaradıcılığından söhbət açılıb.

Bildirilib ki, Əli Tudə müasir Azərbaycan şeirinin yaradıcılarından biridir. 75 illik ömrünün 50 ildən çoxunu milli poeziyanın inkişafına həsr etmişdir. İlk ana dili dərsliyinin müəlliflərindən biri olmuşdur. İran tarixində ilk dəfə olaraq Milli Filarmoniya yaratmış və bu filarmoniyanın həm ilk, həm də son müdiri olmuşdur.

Verlişdə Əli Tudənin Xalq artisti Rübabə Muradova ilə tanışlığından, onun filarmanoyanın nəzdində yaratdığı milli orkestrdən, gənclərə dəstəyindən, milli ruhlu şeirləri ilə xalqı istiqlala çağırmasından bəhs edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: