Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.04.2024 15:16
  • A-
  • A
  • A+

“Kalsium ilə fəallaşan K+ - kanalının (BK) sitoplazmatik domeni” mövzusunda seminar keçirilib

“Kalsium ilə fəallaşan K+ - kanalının (BK) sitoplazmatik domeni” mövzusunda seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Kalsium ilə fəallaşan K+ - kanalının (BK) sitoplazmatik domeni” mövzusunda elmi seminar keçirilib.

Seminarı institutun icraçı direktoru b.e.d. Kərim Qasımov açaraq, mövzunun əhəmiyyətindən, bu istiqamətdə geniş miqyaslı müasir tədqiqatların aparılmasının zəruriliyindən danışıb.

Sonra institutunun Molekulyar və hüceyrə biokimyası laboratoriyasının kiçik elmi işçisi Fidan Qüdrətova çıxış edərək, mövzu üzrə aparılmış elmi tədqiqatlardan söz açıb. O, K+ kanallarının növləri, rolu, BK kanalının quruluşu haqqında dolğun məlumat verib həmin kanalın təbii və mutant formalarının sitoplazmatik domeninin klonlaşdırılmış rekombinant ekspressiyasından söhbət açıb. Sitoplazmatik domenin klonlaşdırıldığı plazmid vektorla inakulyasiya olunmuş E. coli-nin M15 ştammının kulturada yetişdirilməsi, zülalın sintezi üçün hüceyrələrin IPTG ilə induksiya olunması, çökdürülməsi, ultrasəs metodu ilə hüceyrələrin dağıdılması və homogenatın çökdürülməsi, alınan supernatantların Ni2+ affin kolonkalara yüklənməsi, rekombinant kanal zülalının kolonkalardan imidazol tərkibli buferlə elusiya olunması və təmizlənmiş rekombinant zülalların qatılığının və miqdarının təyini, onların Poli Akrilamid Gel Elektrofarezi haqqında ətraflı məlumat verib.

Seminarda məruzəçi bildirib ki, bu Azərbaycanda ilk dəfədir ki, insan mənşəli zülalı kodlaşdıran gen plazmid vektora klonlaşdırılıb və prokariot sistemində ekspressiya olunaraq, rekombinant zülal şəkilində tədqiqatlarda istifadə olunub.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Bu tədqiqatların daha da genişləndirilməsi və bir sıra hüceyrə səth reseptorlarının da klonlaşdırılması və rekombinant ekspressiyasının vacibliyindən söz açılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: