Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Polimer və elektroaktiv materialların radiasiya fizikası laboratoriyasının dissertantları Aysel Nəbiyeva və Aygün Qasımova 26 aprel 2024-cü il tarixində Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların VIII beynəlxalq elmi konfransı”adlı beynəlxalq konfransında iştirak ediblər.
Bir çox alim və mütəxəssislərin iştirak etdiyi beynəlxalq konfransda Qasımova A.İ. “Qamma şüalanma ilə modifikasiya olunmuş PVS/CuS nanokompozitlərinin elektrik xassələri” adlı məruzə ilə və Nəbiyeva A.N. “Effect of γ-radiation on dielectric properties of nanocomposites” adlı məruzə ilə çıxış ediblər.
Sonda məruzəçilərə sertifikatlar təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.