www.science.az
12.02.2014 00:00

Akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan “Bioinformatika və müqayisəli genomika” jurnalının redaksiya heyətinin fəxri üzvü seçilib

AMEA Botanika İnstitutunun “Bioloji məhsuldarlığın fundamental problemləri” şöbəsinin müdiri, akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan “Bioinformatika və müqayisəli genomika” jurnalının redaksiya heyətinin tərkibinə daxil edilib. Bununla bağlı, jurnalın baş redaktoru Dr. Paul Andersondan məktub daxil olub. Jurnalda bioinformatika və genomiksin bütün istiqmətləri, o cümlədən, klassik aspektlərlə yanaşı, müasir tədqiqatlar və yeni metodlarla bağlı tədqiqatlar çap edilir. Akademik Cəlal Əliyev tərəfindən Azərbaycanda riyazi biologiya və bioinformatika elminin əsasının qoyulması, inkişaf etdirilməsi və bu istiqamətlərdə kadrların hazırlanmasında əldə olunan nailiyyətlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

Azərbaycanlı alimin biologiya elminin aparıcı sahəsi üzrə mötəbər jurnalın redaksiya heyətinin fəxri üzvü seçilməsi elmimizin böyük uğurudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.