www.science.az
04.05.2017 12:00

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları “Nə mutlu türkəm deyənə” adlı tədbirdə iştirak ediblər

Azərbaycan Britaniya Kollecinin təşkilatçılığı ilə “Nə mutlu türkəm deyənə” adlı ikihissəli tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd türkdilli dövlətlərin tarixi, mədəniyyəti, milli mətbəxi ilə gəncləri və xarici qonaqları tanış etmək olub.

Mərasimdə Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov, şöbənin aparıcı elmi işçisi Nardanə Yusifova, kiçik elmi işçisi Nüşabə Əsədova və muzeyin meneceri Kübra Dadaşova iştirak ediblər.

Tədbirdə kollecin şagirdlərinin hazırladığı musiqili çıxışlar səsləndirilib, həmçinin məktəblilərin əl işləri nümayiş olunub.

Sərgidə muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Təhsib Zəvərlinin hazırladığı saxsı nümunələri və laboratoriyanın bərpaçı-dizayneri Vüqar Xudaverdiyev tərəfindən hazırlanmış, üzərində türk ornamentləri təsvir olunan zinyət əşyaları da nümayiş edilib. Bundan əlavə, muzeyin elmi-kütləvi fəaliyyətini əks etdirən ingilis dilli kataloq və albomlar sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda Milli Azərbaycan Tarixi Muzeyi “Təşəkkürnamə” ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.