Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Görkəmli kimyaçı alim Sultan Sultanovun 90 illiyinə həsr olunan konfrans keçiriləcək
02.10.2017 14:28
  • A-
  • A
  • A+

Görkəmli kimyaçı alim Sultan Sultanovun 90 illiyinə həsr olunan konfrans keçiriləcək

Oktyabrın 3-də AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda görkəmli kimyaçı alim, professor Sultan Sultanovun 90 illiyinə həsr olunan “Yanacaqlar, yanacaq komponentləri, xüsusi təyinatlı mayelər, yağlar və aşqarlar” adlı respublika elmi-texniki konfransı keçiriləcək.

Məlumat üçün qeyd edək ki, professor S.Sultanovun əsas elmi fəaliyyət istiqaməti reaktiv yanacağının keyfiyyətini yaxşılaşdırmaq və yeni yanacaq növlərinin alınması olub. Apardığı sistematik və məqsədyönlü tədqiqatlar nəticəsində alim Azərbaycan neftinin emalında yeni elmi istiqamətin əsasını qoyub.

Ünvan: Bakı ş., Xocalı pr., 30

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: