Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Gəncədə “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək
06.03.2025 17:54
  • A-
  • A
  • A+

Gəncədə “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Milli  Elmlər  Akademiyası Gəncə Bölməsinin təşkilatçılığı ilə Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin 90 illik yubileyinə həsr edilmiş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfrans 2025-ci ilin iyun ayında AMEA-nın Gəncə Bölməsində  baş tutacaq.

Konfransın  istiqamətləri:

1. Nizami Gəncəvi və Türk dünyası

2. Nizami Gəncəvi və dünya ədəbiyyatı

3. Nizami Gəncəvi və incəsənət

4. Müasir Azərbaycan nizamişünaslığında yeni çağırışlar

5. Xəlil Yusiflinin nizamişünaslıq fəaliyyəti

6. Xəlil Yusifli və klassik Azərbaycan ədəbiyyatı

Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus dilləri

Konfrans materiallarının  tərtibatına dair tələblər:

Materiallar konfrasın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir. Microsoft Office Word proqramında A4 formatda, Times New Romanda - 12 şriftində (qara rəngdə), 1,5 intervalda yığılmalı, vərəqin sol kənarından 2,5 sm, sağdan 1,5 sm, yuxarıdan 3,0 sm, aşağıdan 2,5 sm boş sahə buraxılmalı, abzaslar 1,5 sm parametrlərinə uyğun olaraq yazılmalıdır.

Vərəqin baş tərəfində sağda müəllif(lər)in adı, atasının adı, soyadı (tam açıq şəkildə); elmi dərəcəsi, elmi adı; işlədiyi və təhsil aldığı elmi müəssisənin (doktorant və dissertantlar üçün) adı, müəllif(lər)in elektron poçt ünvanı (e-mail) yazılmalıdır.

Konfrans materialının (məqalə və ya tezislərin) mətni 3-7 səhifə həcmində olmalıdır; - mərkəzdə konfrans materialının adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır.

Xülasə: 150 sözdən çox olmamalıdır, açar sözlər minimum 5 söz (azərbaycan, ingilis və rus dillərində) olmalıdır. Hər bir xülasədə məqalənin adı və müəllif(lər)in tam adı göstərilməlidir. Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə yalnız bir konfrans materialı qəbul edilir.

Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun göstərilməlidir (istinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir: məsələn, [3, s.48-57], [2]). Məruzəçinin adının altından xətt çəkilməlidir.

Konfrans materialları muxtarovalimuxtar@gmail.com elektron poçtuna göndərilməlidir. 

Məqalələrin son göndərilmə tarixi: 12 may 2025-ci il

Konfrans materialları jurnal formasında AMEA Gəncə Bölməsinin rəsmi saytında yerləşdiriləcək, eləcə də çap formatında nəşr olunacaq.

Məqalənin (tezislərin) konfrans materiallarına daxil edilməsi müvafiq bölmələr tərəfindən müəyyənləşdiriləcəkdir. Zərurət yarandıqda bölmənin irad və qeydləri əsasında məqalənin (tezislərin) yenidən göndərilməsi istəniləcəkdir. Bölmənin irad və qeydləri qəbul edilmədikdə və düzəliş edilərək vaxtında göndərilmədikdə məqalə (tezislər) konfrans materiallarına daxil edilməyəcəkdir.

Konfransın keçiriləcəyi ünvan: AMEA Gəncə Bölməsi, AZ 2000, Heydər Əliyev prospekti 419.

Suallarınızla bağlı bu ünvana müraciət edə bilərsiniz:

Əlaqə telefonu: (+994) 50 688 15 98 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: