www.science.az
01.12.2017 14:34

Azərbaycanlı alim beynəlxalq “Elmdə ad” mükafatına layiq görülüb

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların eroziyası laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyevin çoxillik, uğurlu elmi-təşkilati fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycanlı alim beynəlxalq “Elmdə ad” mükafatına layiq görülüb.

Mükafatların verilməsi üzrə beynəlxalq tədbir dekabrın 19-da Böyük Britaniyanın Oksford şəhərində keçiriləcək. Azərbaycanlı alim Böyük Britaniyada Oksford Akademiya İttifaqı, Sokrat Komissiyası Komitəsi, Avropa Biznes Assambleyası, Avropada elm, təhsil və biznes liderləri sayılan EBA-GLOBAL tərəfindən təşkil olunan “2017-ci ildə liderlərin XV sammiti”ndə iştirak edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.