Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İS(S)İ – 2016: İqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsi” kitabı üç dildə nəşr olunub
18.01.2018 14:28
  • A-
  • A
  • A+

“İS(S)İ – 2016: İqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsi” kitabı üç dildə nəşr olunub

AMEA-nın İqtisadiyyat İnstitutu tərəfindən “İS(S)İ – 2016: İqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsi” adlı kitab Azərbaycan, rus və ingilis dillərində çapdan çıxıb. 

İqtisadiyyatın özünütənzimləmə mexanizmləri ilə dövlət tənzimləməsi arasında effektiv müvazinət məsələlərinə həsr olunan nəşrin rəyçiləri iqtisadiyyat üzrə fəlsəfə doktorları - Yaşar MəmmədovRamil Əliyevdir. 

Kitabda İqtisadiyyat İnstitutunda hazırlanmış metodologiya əsasında 95 ölkədə iqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsi dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin ölçülməsi əsasında müqayisəli şəkildə qiymətləndirilib. Vəsaitdə, həmçinin yaxın illərdə Azərbaycan iqtisadiyyatının daha da liberallaşdırılmasının zəruriliyi və tələb olunan iqtisadi islahatların başlıca istiqamətləri nəzəri formada əsaslandırılıb.

Qeyd edək ki, “İS(S)İ – 2016: İqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsi” kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında nəşr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: