Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünas alimin məqaləsi Türkiyədə çapdan çıxıb
03.03.2025 14:05
  • A-
  • A
  • A+

Şərqşünas alimin məqaləsi Türkiyədə çapdan çıxıb

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadənin “Azərbaycan Kurikulum təhsil modelində rabitəli nitqin inkişaf məsələləri” adlı elmi məqaləsi Türkiyənin “Akademik Tarih və Düşünce” jurnalında dərc edilib.

Məqalədə Azərbaycan Kurikulum təhsil modelində rabitəli nitqin inkişaf məsələləri araşdırılıb. Tədqiqat işində kommunikativ nitqin tələbləri, kommunikativ nitq vərdişlərinin inkişafına dair bir çox üsul və vasitələr təhlil edilir.

Qeyd edək ki, sözüdedən nəşr ”Erih Plus”, “Ulakbim”, “Copernicus”, ”Harvard University Database” indeksli jurnaldır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: