Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Hacı Qəzənfər Talib. Divan” kitabı çapdan çıxıb
04.03.2025 16:48
  • A-
  • A
  • A+

“Hacı Qəzənfər Talib. Divan” kitabı çapdan çıxıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə İnstitutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Hacı Mustafa Mailoğlunun tərtib edib nəşrə hazırladığı “Hacı Qəzənfər Talib. Divan” kitabı işıq üzü görüb.

Kitabda yer alan geniş ön söz, lüğət, qeyd və izahların müəllifi də H.M.Mailoğludur.

Tanınmış qəzəlxan-şair, Hacı Mail məktəbinin layiqli davamçısı, müasir Nardaran ədəbi mühitinin görkəmli nümayəndəsi Hacı Qəzənfər Talibin anadan olmasının 70 illiyinə həsr olunmuş “Divan”a şairin müxtəlif illərdə qələmə aldığı qəzəl, mürəbbe, müxəmməs, təxmis və s. şeirlərindən ibarət nümunələr daxil edilmişdir. “Divan”da həmçinin qələm dostlarının Talibə ithaf etdikləri şeirlərə, nəzirə və təxmislərə də yer verilib.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Aytac Zeynalovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: