İtaliyanın Kataniya Universitetinin Riyaziyyat və informatika kafedrasının professoru Mariya Alessandra Ragusa AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda olub.
Alim institutun Riyazi analiz şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarında “Xüsusi törəməli diferensial tənliklərin doğurduğu funksional fəzalar və inteqral operatorlar” mövzusunda məruzə ilə çıxış edib.
M.A.Ragusa xüsusi törəməli diferensial tənliklərin doğurduğu funksional fəzalar və inteqral operatorlar barədə danışıb. Məruzədə başlanğıc verilən Lebeq fəzasından olduqda kvazi-geostrofik tənliyə baxılıb. Başlanğıc verilən enerji bərabərsizliyini ödəyərsə Morri-Kampanato fəzasında baxılan tənliyin zəif həlli öyrənilib. Həmçinin klassik Morri fəzası ilə Morri-Kampanato fəzası arasında daxilolma teoremləri isbat olunub. Enerji inteqralı dəyişən dərəcəli Morri-Kampanato fəzalarında da araşdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.