www.science.az
04.07.2018 14:26

Azərbaycan alimləri Pan-Avropa üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısında iştirak edib

Hökumətlərarası Elm-Siyasət Platformasının (IPBES) Avropa və Asiya üzrə aparıcı eksperti, Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə İsveçrənin Bern şəhərində elmi ezamiyyətdə olub.

Səfər İsveçrə Biomüxtəliflik Fondu tərəfindən Bern şəhərində keçirilən Pan-Avropa üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısı çərçivəsində baş tutub. Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dosent Rəşad Səlimov da gənc mütəxəssislərdən ibarət qlobal qiymətləndirmə üzrə ekspert qrupunun üzvü kimi həmin tədbirdə iştirak edib.

Bioloji müxtəlifliyin mühafizəsinə istiqamətləndirilmiş beynəlxalq tədbirin məqsədi cari ilin mart ayında Kolumbiyanın Medellin şəhərində qəbul edilmiş Avropa və Mərkəzi Asiya üzrə IPBES regional hesabatının təqdim edilməsi, onun yerinə yetirilməsi mexanizmləri və Qlobal Qiymətləndirmənin 2-ci oxunuşu üzrə müzakirələrin aparılması olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.