Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Poisk” qəzeti AMEA-nın Gəncə Bölməsinin ekoloji problemlərin həllindəki rolundan yazır
14.08.2018 11:32
  • A-
  • A
  • A+

“Poisk” qəzeti AMEA-nın Gəncə Bölməsinin ekoloji problemlərin həllindəki rolundan yazır

Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetinin növbəti sayında AMEA-nın Gəncə Bölməsinin ekoloji problemlərin həllində aktiv iştirakına dair geniş məqalə dərc edilib.

Məqalədə bildirilir ki, təbii sərvətlərlə zəngin olan Gəncə bölgəsində neft və qazdan əlavə, kobalt, qızıl, mis, dəmir, bentonit, gips, mərmər və s. çıxarılır. Lakin sözügedən minerallar işlənməzdən əvvəl təmizlənmə prosesindən keçirilir və bu da böyük miqdarda tullantıların əmələ gəlməsinə yol açır. Bu tullantıların təkrar istifadəsinin həyata keçirilməsi ilə AMEA-nın Gəncə Bölməsi məşğul olur.

Bölmənin rəhbəri, akademik Fuad Əliyev “Poisk” qəzetinə bildirib ki, bəzi bentonit tullantıları yol səthinin və ya tikinti materiallarının keyfiyyətinin yaxşılaşdırılması üçün istifadə oluna bilər.

www.poisknews.ru

  • Paylaş: