Martın 28-də AMEA Dendrologiya İnstitutunda Elm Gününə həsr olunan “Müasir dövrdə dendroloji tədqiqatların aktuallığı" mövzusunda elmi seminar və "Abşeron dendroflorasında invaziv bitki növlərinin tədqiqi" mövzusunda “dəyirmi masa” keçirilib.
Seminarda b.ü.f.d., dosent Hüseynağa Əsədov "Yaşıllıqların salınmasında introduksiya olunmuş ağac və kolların şoranlaşma, quraqlıq, yüksək temperatur və şaxtaya davamlılıq", institutun əməkdaşı A.Hüseynova isə "Abşeron şəraitində yeni introduksiya olunmuş Hind manqosu (Mangifera indica L.) və irimeyvəli çiyələk ağacı (Arbutus unedo L.) introduksiyası, çoxaldılma üsulları" mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.