Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.04.2019 10:35
  • A-
  • A
  • A+

“Genetik ehtiyatların biomüxtəlifliyinin molekulyar genetik əsasları” mövzusunda seminar keçirilib

“Genetik ehtiyatların biomüxtəlifliyinin molekulyar genetik əsasları” mövzusunda seminar keçirilib

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda Elm Günü ilə əlaqədar “Genetik ehtiyatların biomüxtəlifliyinin molekulyar genetik əsasları” mövzusunda elmi-praktiki seminar keçirilib.

Seminarda AMEA Biologiya və Tibb Elmləri Bölməsinin institutlarından nümayəndələr, eləcə də Azərbaycan Tibb Universitetinin əməkdaşları iştirak ediblər.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov açaraq seminarın ölkə başçısının 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə baş tutduğunu bildirib. Həmçinin bu Sərəncamın icrasından irəli gələrək Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının 17 yanvar 2019-cu il tarixində Tədbirlər Planı qəbul etdiyini diqqətə çatdırıb.

Daha sonra institutun bir sıra əməkdaşları müasir molekulyar-genetik metodlarla apardıqları tədqiqat işləri haqqında təqdimatla çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: