Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.04.2019 15:50
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun alimləri Sumqayıt Dövlət Universitetində olublar

Radiasiya Problemləri İnstitutunun alimləri Sumqayıt Dövlət Universitetində olublar

AMEA-nın Radiasiya Problemləri İnstitutunun alimləri ilə Sumqayıt Dövlət Universitetinin tələbə və müəllim heyəti arasında Elm Gününə həsr olunan görüş keçirilib.

Görüşdə RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov “Radiasiya tədqiqatlarının dünəni və bu günü” mövzusunda məruzə ilə çıxış edib. Alim çıxışında ölkəmizdə elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib, həmçinin rəhbərlik etdiyi institutun tarixi, elmi-tədqiqat istiqamətləri, laboratoriyalarının fəaliyyəti və əldə olunmuş nailiyyətləri haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra RPİ-nin laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev radiasiya metodlarının müxtəlif ətraf mühit problemlərinin həllinə dair çıxış edib.

Görüşdə, həmçinin müəssisənin laboratoriya rəhbərləri - biologiya elmləri doktoru, professor Elimxan Cəfərov, fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Mədətov, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Hökmən Mahmudov və institutun aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru Nüşabə Hacıyeva çıxış edərək apardıqları elmi-tədqiqat işlərindən danışıblar.

Sonda institut alimləri Sumqayıt Dövlət Universitetinin tələbə və müəllimlərinin suallarını cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: