AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında “Akademik və tədqiqat əməkdaşlığı sahəsində” anlaşma memorandumu imzalanıb.
İmzalanma mərasimindən öncə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bu cür əməkdaşlıq müqavilələrinin qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcəyini söyləyib.
Sonra Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, YUNESKO-nun Orta Asiya ölkələri üzrə təmsilçisi Eunkyung Oh əməkdaşlıqdan məmnunluğunu bildirib, Azərbaycan ədəbiyyatının Koreya dilinə kütləvi şəkildə çevrilməsinin önəminə toxunub.
Sonda İ.Həbibbəyli və E.Oh tərəfindən anlaşma memorandumu imzalanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.