Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.09.2019 10:53
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İbrahim Əzizov beynəlxalq konfransda məruzə ilə çıxış edib

AMEA-nın müxbir üzvü İbrahim Əzizov beynəlxalq konfransda məruzə ilə çıxış edib

Ukraynanın paytaxtı Kiyev şəhərində “Orqanizmlərin eksperimental təkamül faktorları” mövzusunda XIV beynəlxalq elmi konfrans keçirilib.

Tədbir Ukrayna Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika, Qida Biotexnologiyası və Genomikası institutlarının, M.İ.Vavilov adına Ukrayna Genetiklər və Seleksiyaçılar Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Ukrayna, Polşa, İngiltərə, Belarus və digər ölkələrdən alim və mütəxəssislərin iştirak etdiyi konfransda Azərbaycanı Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov təmsil edib.

İ.Əzizov tədbirdə “Buğda cücərtilərində biogenik metal oksidlərinin nanohissəciklərinin toxumun cücərmə qabiliyyətinə, fotosintetik piqmentlərin miqdarına, FS2 və superoksid dismutaza fermentinin aktivliyinə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı alim, həmçinin plenar iclaslardan birinin həmsədri olub.

İ.Əzizov Ukrayna Genetiklər və Seleksiyaçılar Cəmiyyətinin fəaliyyətində aktiv iştirakına və təşkil olunan konfranslarda müntəzəm iştirakına görə diploma layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: