AMEA-nın “Elm” nəşriyyatı VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla təmsil olunub.
Sərgidə cari ildə nəşr olunan xeyli sayda elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər, seçilmiş əsərlər, elmi-kütləvi kitablar, elmi jurnallar, biblioqrafik göstəricilər nümayiş etdirib.
Tədbir iştirakçıları "Elm" nəşriyyatının təşkil etdiyi guşəyə xüsusi diqqət yetirib, müəssisənin nəşrlərini yüksək qiymətləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.