AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu AR Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul Planı”na əsasən aşağıdakı ixtisaslar üzrə qəbul elan edir:
3355.01-Dokumentalistika, sənədşünaslıq və arxivşünaslıq (tarix, filologiya);
3356.01-Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq;
5501.01-Tərcümeyi-hallar;
5509.01-Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları;
5721.01-Mətnşünaslıq, mənəvi-mədəni irsə dair qədim əlyazmaların işlənməsi (tərcüməsi, tədqiqi və nəşrə hazırlanması).
Sənədlər cari ilin 9-28 dekabr tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.
Tel.: (+994 12) 497 19 68
E-mail: info@manuscript.az
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.