Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

13.12.2019 17:59
  • A-
  • A
  • A+

Akademik Möhsün Nağısoylunun məruzələri türk tələbələri tərəfindən maraqla qarşılanıb

Akademik Möhsün Nağısoylunun məruzələri türk tələbələri tərəfindən maraqla qarşılanıb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Türkiyənin paytaxtı Ankara şəhərində elmi ezamiyyətdə olub.

Ezamiyyət müddətində o, Türkiyənin Hacəttəpə Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin tələbə və müəllim heyəti üçün təşkil olunan seminarda “Azərbaycan dili: dünən və bu gün” və “Müstəqillik illərində Azərbaycanda ədəbi dilin üslublarının zənginləşmə yolları” mövzularında məruzələrlə çıxış edib. Məruzələr müasir türk dillərini, o cümlədən Azərbaycan dilini öyrənən tələbələr tərəfindən maraqla qarşılanıb.

Akademik M.Nağısoylu, həmçinin Dilçilik İnstitutunun fəaliyyət istiqamətləri və müəssisədə görülən işlər barədə məlumat verib, tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Bundan başqa, azərbaycanlı alim Türk Dil Qurumunda olub, qurumun rəhbəri, professor Gürer Gülsevinlə görüşüb. Görüşdə iki müəssisə arasında əmakdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: