AMEA Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Lola Hüseynova Avropa Arxeoloqlar Assosiasiyasının (The European Association of Archaeologists / EAA) 32-ci illik görüşündə elmi məruzə ilə çıxış edib.
Yunanıstanın paytaxtı Afinada keçirilən beynəlxalq konfransda Lola Hüseynovanın “Çovdar Nekropolundan (Son Tunc - Erkən Dəmir dövrü) Keramika Materiallarının Kimyəvi və Çoxdəyişkənli Analizi” (“Chemical and Multivariate Analysis of Ceramic Materials from the Chovdar Necropolis (Late Bronze–Early Iron Age)”) adlı tədqiqatı “Keçmişdən keçən yollar: Cənubi Qafqaz arxeologiyasının neolit dövründən erkən dəmir dövrünə qədər yenidən qiymətləndirilməsi” (“Pathways Through the Past: Reassessing South Caucasus Archaeology from the Neolithic to the Early Iron Age”) adlı 131-ci sessiya çərçivəsində təqdim olunub.
Tədqiqatda Daşkəsən rayonunda yerləşən Çovdar nekropolunun Son Tunc – Erkən Dəmir dövrünə aid keramika materiallarının kimyəvi analizlərinin nəticələri təqdim edilib.
Lola Hüseynova konfrans çərçivəsində elmi fəaliyyətlə yanaşı, EAA 2026-nın təşkilati komandasında könüllü kimi də fəaliyyət göstərib. O, konfransın müxtəlif elmi sessiyalarının və tədbirlərinin təşkilati işlərinə dəstək göstərib. Bu çərçivədə qeyd edillmiş sessiya ilə yanaşı “Avropa muzeylərində Asiyanın (yenidən) təqdim edilməsi: müstəmləkə irsi, müasir təzyiqlər və institusional praqmatika arasında kurasiya” (“(Re-)Presenting Asia in European Museums: Curating Across Colonial Legacies, Contemporary Pressures and Institutional Pragmatics”), “Ümumi Sessiya I” (“General Session I”), “Aşağı Dunay əhənglərindən son xəbərlər: mövcud tədqiqatlar işığında yeni şərhlər və ideyalar” (“Latest News from the Lower Danube Limes: New Interpretations and Ideas in the Light of Current Research”) və “İşğallar: qəfil miqrasiyaların arxeologiyası” (“Invasions: The Archaeology of Sudden Migrations”) adlı sessiyaların keçirilməsində könüllü kimi iştirak edib.
Qeyd edək ki, EAA-nın illik görüşü Avropanın və dünyanın müxtəlif ölkələrindən 3000-dən artıq arxeoloqları, tədqiqatçıları və elmi qurumların nümayəndələrini bir araya gətirən mühüm beynəlxalq elmi platformalardan biridir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.