Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Xaricdə fəaliyyət göstərən alimlərimizin Azərbaycan elminə inteqrasiyası ilə bağlı tədbirlər görülür
13.01.2020 12:29
  • A-
  • A
  • A+

Xaricdə fəaliyyət göstərən alimlərimizin Azərbaycan elminə inteqrasiyası ilə bağlı tədbirlər görülür

5 ildən artıqdır ki, Azərbaycan alimlərinin diasporu ilə AMEA  arasında əməkdaşlığı genişləndirmək məqsədilə MDB-də, Avropa ölkələrində və ABŞ-da  yaşayıb yaradan, elmin müxtəlif sahələrini əhatə edən, maarif  və yaradıcılıq  işləri ilə məşğul olan həmvətənlərimizlə, eləcə də diaspora təşkilatlarının rəhbərləri ilə əlaqələr qurulur. 2018-ci ildə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun məsul əməkdaşları ilə birgə yaradılmış elektron məlumat bazasında xaricdə yaşayan alimlərimizin elmi fəaliyyətləri haqqında dolğun məlumatlar yerləşdirilib.

AMEA-nın elmi katibi Zərifə Əliyevanın sözlərinə görə, bu bazada 500-dən artıq alim həmvətənlərimiz haqqında məlumatlar yer alıb. Xaricdə yaşayıb fəaliyyət göstərən alim və mütəxəssislərimizlə mütəmadi olaraq əlaqələr qurulur. Onlar akademiyanın təşkil etdiyi elmi konfrans və seminarlara dəvət olunur, məruzələrlə çıxış edir və müxtəlif elmi mövzularda fikir mübadiləsi aparırlar.  

Azərbaycanın elmi-texniki və elmi tədris kompleksinin inkişafı üçün soydaş alimlərin potensialı və təcrübəsindən yararlanmağın zəruri olduğunu deyən elmi kitab, xaricdə yaşayan alimlərimizin ölkəmizin gələcək inkişafında səmərəli iştirakını təmin etmək üçün qarşıda dayanan vəzifələrdən danışıb. Bildirib ki, AMEA Rəyasət Heyətində elmi diaspora ilə iş üzrə işçi qrupunun yaradılması, diaspora bazasını təkmilləşdirmə tədbirlərinin davam etdirilməsi, eləcə də soydaşlarımızın Azərbaycan elmi və təhsilinə inteqrasiyasının təmin olunması vacib məsələlərdəndir.

Z.Əliyeva Azərbaycan tədqiqatçılarının xarici ölkələrin aparıcı elm və təhsil mərkəzlərində qısamüddətli təlim kurslarında iştirakı, ixtisasartırma məqsədilə ezamiyyətlərin təşkili, Avropanın təsis etdiyi müxtəlif qrant layihələrində elmi diasporamızla birgə layihələrin işlənilməsinin də məqsədəuyğun olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: