Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.05.2025 10:04
  • A-
  • A
  • A+

MBBİ-nin kollektivi Ulu Öndər Heydər Əliyevin Fəxri Xiyabanda abidəsini ziyarət edib

MBBİ-nin kollektivi Ulu Öndər Heydər Əliyevin Fəxri Xiyabanda abidəsini ziyarət edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Fəxri Xiyabana gələrək Böyük Azərbaycanlının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Ziyarət zamanı Ulu Öndərin məzarı önünə tər gül dəstələri düzülüb, ruhuna dualar oxunub. İştirakçılar Azərbaycanın müstəqil, suveren və güclü dövlətə çevrilməsi, xalqın gələcək rifahı naminə ömrünü sərf etmiş bu böyük şəxsiyyətin ideyalarına və ideallarına sonsuz sədaqətlərini ifadə ediblər. İnstitut əməkdaşları bu ziyarəti təkcə rəsmi ənənə kimi deyil, həm də minnətdarlıq və vəfa borcu kimi dəyərləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: