AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli ölkəmizdə işgüzar səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri ilə görüşüb.
Görüş zamanı hər iki elmi müəssisə arasında əməkdaşlıq perspektivlərdən söhbət açılıb, fikir və təkliflər irəli sürülüb.
İnstitutda aparılan əlyazmaların bərpası və elektronlaşdırılması işləri ilə maraqlanan mütəxəssislər Əlyazmaların bərpası və gigiyenası laboratoriyasında və Elektron resurslar şöbəsində fəaliyyət prosesləri ilə yaxından tanış olublar. İnstitutun ekspozisiya zalında olan qonaqlar əlyazma kolleksiyasına heyranlıqlarını bildirib, əlyazmaların mulyaj işinin məhz institutda həyata keçirilməsini yüksək qiymətləndiriblər.
Sonda rusiyalı mütəxəssislər akademik Teymur Kərimlini bu ilin aprel ayında M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında keçiriləcək beynəlxalq konfransa dəvət ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.