Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.10.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Polşada elmi ezamiyyətdə olublar

Azərbaycan alimləri Polşada elmi ezamiyyətdə olublar

AMEA Eroziya və Suvarma İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Seymur Səfərli və institutun əməkdaşı, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Fuad Səlimov Polşa Respublikasında ezamiyyətdə olublar.

Ezamiyyət müddətində Eroziya və Suvarma İnstitutu ilə Polşa Respublikasının Texnoloji-Təbiətşünaslıq İnstitutu arasında 2009-cu ildən başlayaraq 2014-cü ilədək davam edən əməkdaşlıq və əldə olunan nəticələr müzakirə edilib.

Səfər çərçivəsində Coğrafi İnformasiya Sistemlərinin müxtəlif sahələrdə istifadə olunması imkanlarının öyrənilməsi məqsədilə Polşanın Varşava, Olştin, Krakov və Vroçlav şəhərlərində yerləşən təşkilatlar və şirkətlərdə görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan alimləri Polşada GİS texnologiyasının su ehtiyatlarının, milli qoruqların idarə olunması, meşələrin, torpaq örtüyünün və təbii sərvətlərin qorunması məqsədilə istifadə edilməsinə dair nümunələrlə tanış olublar.

Görüşlər zamanı AMEA Eroziya və Suvarma İnstitutunda bu sahədə yerinə yetirilən işlər barədə məlumatlar verilib və Polşa təcrübəsi ilə tanışlıq olub.

Polşa Respublikasının Texnoloji-Təbiətşünaslıq İnstitutunun rəhbərliyi ilə keçirilən görüşdə birgə işlərin nəticəsi yüksək qiymətləndirilib və əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub. Qeyd edilib ki, bu uzunmüddətli əməkdaşlıq zamanı əldə olunan nailiyyətlər hər iki institutun beynəlxalq səviyyədə birgə layihələrlə çıxış etməsinə imkan verir. Bu məqsədlə yeni layihələrin hazırlanması və beynəlxalq təşkilatlara təqdim olunması üçün birgə qrupun yaradılması təklif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: