AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 2020-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.
İmtahanda “Neft kimyası”, “Neft-qaz-daş-kömür emalı və texnologiyası” və “Kimya texnologiyası və mühəndisliyi” ixtisasları üzrə 6 nəfər iddiaçı iştirak edib.
Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda bu müəssisənin direktoru, akademik Vaqif Abbasovun sədrliyi ilə komissiya yaradılıb.
İmtahan uğurla başa çatıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.