Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin A.A Trofimuk adına Neft-Qaz Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri Yer səthinin müasir yerdəyişmələrinin ölçülməsi üçün kosmik geodeziyadan istifadə edirlər.
popmech.ru saytı xəbər verir ki, 20 il ərzində toplanmış məlumatlar 27 sentyabr 2003-cü ildə Dağlıq Altayın cənub-şərqində baş vermiş zəlzələnin episentral bölgəsində postseysmik yerdəyişmələrin davam etdiyini deməyə əsas verir. Hazırda Dağlıq Altayın üfüqi tektonik hərəkətlərinin müasir sürəti ildə 1,19 millimetr – şimal-qərbə doğru 30 dərəcə təşkil edir.
Alimlər qeyd edir ki, bu, Dağlıq Altayın qərb hissəsində qeydə alınmış zəlzələ zamanı yaranan sürətdən 2 dəfə daha azdır.