AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın coğrafi obyekt adları tədqiq olunur.
İlk növbədə Aran zonası üzrə toponimlər tədqiq edilib. Tədqiqatlar Salyan və Saatlı rayonları toponimlərinin materialları əsasında aparılıb.
Saatlı rayonuna aid toponimlər müxtəlif məxəzlərdən (iri miqyaslı toponimik xəritələr, tarixi-etnoqrafik əsərlər, siyahıyaalma materialları və s.) toplanıb və tədqiq olunub.
İlkin nəticələrə əsasən məlum olub ki, əsas toponimik fon Azərbaycanca (türkcə) olsa da, tək-tək ərəb və fars sözləri iştirak edən toponimlər də var. Oykonimiyada nəsil, tirə (Comuşçu, Qaracalar, Əlisoltanlı və s) və şəxs (Nəsimi, Cəfərxan, Məmməd və s.) adı daşıyan yaşayış məntəqəsi adları üstünlük təşkil edir. Müxtəlif səbəblərlə bağlı bir sıra oykonimlər dəyişdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.