Rusiya Elmlər Akademiyasında (REA) Rusiya Federasiyasında koronavirus infeksiyasının yayılması ilə bağlı məsələlər müzakirə ediləcək.
poisknews.ru saytının məlumatına görə, aparıcı mütəxəssislərin iştirak edəcəyi iclas 9 aprel tarixində baş tutacaq.
Bu barədə REA-nın vitse-prezidenti, Tibbi-Bioloji Elmlər Bölməsinin rəhbəri, akademik Vladimir Çexonin məlumat verib. Onun sözlərinə görə, iclasın nəticələri əsasında REA adından COVID-19-un yayılmasına qarşı görüləcək tədbirlərə dair tövsiyələr koronavirusla mübarizə ilə məşğul olan idarələrə təqdim olunacaq.