Fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva AMEARadiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini təyin olunub. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli iclasında qəbul edilib.
Digər qərarlarla fizika üzrə fəlsəfə doktoru Musa Nuriyev qurumun elmi katibi, fizika üzrə fəlsəfə doktoru İbrahim Qabulov isə beynəlxalq əlaqələr üzrə direktor müavini vəzifəsinə təyin edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.