“Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzinin bazasında “Elm” Nəşriyyat-Poliqrafiya İdarəsi yaradılıb. Bu haqda qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.
Qərara əsasən, AMEA Rəyasət Heyətinin “Elm” Redaksiya-Poliqrafiya Mərkəzinin yaradılması haqqında” 7 aprel 1997-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilib, Rəyasət Heyətinin “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi ləğv edilib. Həmçinin “Elm” Nəşriyyat-Poliqrafiya İdarəsinin yeni nizamnaməsi təsdiq edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.