Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimi Ankara Universitetində çıxış edib
18.11.2013 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimi Ankara Universitetində çıxış edib

13 noyabr 2013-cü il tarixdə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayeva Türkiyənin Ankara Universitetində “İstənilən zamanda, istənilən yerdə: Müasir və sahələrarası elm perspektivlərində sülh və bəşəriyyətin ümumdünya dəyərini yenidən anlama” (“Any Time Any Where: Re-understanding of the Universal Value of World Peace and Civilization in Modern and Interdisciplinary Sciences Perspectives”) mövzusunda keçirilən dəyirmi masada iştirak edib.

 

Dəyirmi masada “Sahələrarası yanaşmanın sosial cəhətləri: postmodern” (“The Social Aspects of Interdisciplinary Approach: Postmodern”) mövzusunda məruzə edən R.Rzayevanın çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: