Naxçıvan şəhərində Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və AMEA Naxçıvan bölməsinin birgə təşkilatçılığı ilə “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda IV Respublika elmi konfransı keçirilib.
Konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Dövlət dili strategiyasına elmin dəstəyi” mövzusunda məruzə ilə çıxış edib. Nadir Məmmədli çıxışında bildirib ki, müasir qloballaşma prosesləri və rəqəmsal transformasiya şəraitində ana dilimizin qorunması, elmi əsaslarla inkişaf etdirilməsi və beynəlxalq elmi-mədəni məkanda təmsil olunması Azərbaycan Respublikasının dövlət dil siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət dil siyasətinin effektiv reallaşdırılması isə yalnız normativ-hüquqi mexanizmlərlə deyil, eyni zamanda elmi müəssisələrinin elmi-praktik, pedaqoji və institusional fəaliyyəti ilə birbaşa bağlıdır.
Ana dilinin ölkədə hakim mövqeyə yüksəlməsi təkcə onun dövlət dili elan olunması ilə deyil, cəmiyyət həyatının bütün sahələrində tətbiqi və inkişafı ilə mümkün olub.
Konfrans zamanı Nadir Məmmədlinin “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının təqdimatı keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.