Rusiyada Eksperimental Tibb İnstitutunun alimləri tərəfindən koronavirusa qarşı yoğurtşəkilli peyvənd hazırlanır.
m24.ru saytı xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Vladimir Çexonin deyib.
O, bildirib ki, hazırda dərmanın klinik sınaqları aparılır. Yeni preparat aerozol və ya instillyasiya şəklində ağız vasitəsilə bədənə daxil olan mukozal peyvəndlər növünə aiddir.