Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.06.2020 15:37
  • A-
  • A
  • A+

Magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib

Magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib

AMEA-nın Aşqarlar Kimyası İnstitutunda təhsil alan II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib.

Xüsusi karantin rejiminə uyğun olaraq sosial məsafə gözlənilməklə keçirilən iclasda institutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev, elmi katib, kimya üzrə fəlsəfə doktoru Mehparə Səfərova, Təhsil şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Sədaqət Şamxalova, eləcə də magistr müdafiə komissiyasının üzvləri, elmi rəhbərlər və müvafiq laboratoriya əməkdaşları iştirak ediblər.

Tədbirdə 2019/2020-ci tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş "Üzvi kimya" ixtisası üzrə II kursda təhsil alan magistrantlar – Lalə Əliyeva və Nərgiz Məcdinin dissertasiya işləri müzakirə olunub.

Magistrantlar dissertasiyaları haqqında təqdimatla çıxış edərək yerinə yetirdikləri tədqiqatlar, əldə etdikləri nəticələr barədə ətraflı məlumat veriblər. Mövzu ilə bağlı müzakirələr aparılıb, gənc tədqiqatçılar onlara ünvanlanan sualları cavablandırıblar.

Sonda magistrantların dissertasiya işlərinin əsas müdafiəyə təqdim olunması haqqında qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: