AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ) və Radiasiya Problemləri İnstitutunun (RPİ) Həmkarlar Təşkilatı tərəfindən koronavirus pandemiyası dövründə ehtiyacı olan aztəminatlı əməkdaşlara ərzaq yardımı edilib.
Tədbirdə AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov, müəssisənin Həmkarlar Təşkilatının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova və digər şəxslər iştirak ediblər.
Yardım aksiyası zamanı çıxış edən H.Qurbanov Azad Həmkarlar Təşkilatı tərəfindən ötən müddət ərzində akademiya əməkdaşları ilə koronavirusa dair maarifləndirmə işlərinin aparıldığını, aztəminatlı ailələrə ərzaq sovqatlarının paylanıldığını bildirib. O, COVID-19-dan qorunmaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyin, sosial məsafə saxlamağın zəruriliyini vurğulayıb.
Daha sonra müəssisənin 75 əməkdaşına ərzaq yardımı təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.