AMEA-nın Zoologiya İnstitutunda təhsil alan magistrantların yay imtahan sessiyasına başlanılıb. İmtahanlar AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 1 iyun 2020-ci il tarixli “AMEA-nın magistraturasında yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili haqqında” sərəncamına əsasən keçirilir.
Belə ki, müəssisənin "Onurğalılar zoologiyası" ixtisası üzrə I kurs magistrantı Nigar Vəliyeva “Heyvanların müqayisəli anatomik quruluşu” fənni üzrə imtahan verib və onun nəticəsi “əla” qiymətləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.