Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.11.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Coğrafiya İnstitutunun əməkdaşları Yunanıstanda keçirilmiş Forumda iştirak ediblər

AMEA Coğrafiya İnstitutunun əməkdaşları Yunanıstanda keçirilmiş Forumda iştirak ediblər

AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və institutun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov Yunanıstanın Afina şəhərində keçirilmiş “İqlim Dəyişmələri üzrə Tematik Forum”da iştirak ediblər.

Forumda akademik Ramiz Məmmədov “İqlim dəyişmələrinin Xəzər və Qara dəniz sahili zonası ekosistemlərinə təsirinin fənlərarası analizi”, Rövşən Kərimov isə “Karbon tullantılarının azaldılmasına və smart texnologiyaya əsaslanan yaşıl istehsal” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə Qərbi və Şərqi Avropa regionları üçün iqlim dəyişiklikləri üzrə gələcək prioritet fəaliyyətlər müəyyənləşdirilib, “Horizon-2020” layihəsinə daxil edilmək üçün təqdim edilib. Azərbaycanlı alimlərin mövzuları da “Horizon-2020” layihəsinə göndəriləcək təkliflər sırasına daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: